ООО BBC 

Баку

ООО BBC 

Şirkət 1993-cü ildə “ Şərqi Asiya ”-da yaranmışdır. Baş ofis Pekin şəhərində yerləşir. Bugün korporasiyanın müxtəlif fəaliyyət sferasında 10 törəmə müəssisəsi vardır. Daşınmaz əmlak, təhsil, mədəniyyət, ticarət, beynəlxalq turizm, elmi tədqiqat, yüngül və yeyinti sənayesi və s. sahələri əhatə edən çoxşaxəli transmilli nəhəngə çevrilmişdir. İstehsal gücləri dünyanın 5 kontingentində yerləşmişdir: Şimali Amerika, Asiya, Avropa, Avstraliya və Afrika. 1995-ci ildə korporasiya öz əsas strukturunu məlumat biznesinə gətirir, hansı ki, məhsulun dövriyyəsini məlumatın verilməsi hesabına həyata keçirir. 1997-ci ildə korporasiya dünya bazarına çıxıb və Brendi 200-dən çox ölkədə qeydiyyatdan keçib, dünyanın 124-dən çox ölkəsində rəsmi qeydiyyatdan keçib. Azərbaycana isə 2002-ci ildə Respublikanın Ədliyyə və Səhiyyə Nazirliyinin qeydiyyatından keçmişdir. Respublikanın bütün qanunlarına hörmət edir. Son hesabat ilində kompaniyanın illik  mal dövriyyəsi 18 milyard dollardan çox olmuşdur. Korporasiya həmçinin öz əməkdaşlarının təhsilinin təkmilləşməsinə çox böyük qayğı götərir. 1998-ci ildə dünyanın aparıcı 10 marketoloq və psixoloqu tərəfindən “UĞUR SİSTEMİ” adı altında çox uğurlu təlim sistemi işlənib hazırlanmışdır. Bu sistem hər bir əməkdaşa qısa vaxt ərzində öz biznesini qurmaq, yüksək gəlir əldə etmək imkanı verir. Bu təlimlər yerli, regional və beynəlxalq səviyyədə həyata keçirilir. Təlimlər pulsuzdur, baxmayaraq ki, bu cür təlimlərin keçirilməsi çoxlu pul tələb edir.Şirkət Azərbaycanda yüngül və yeyinti sənayesinin məhsulları ilə təmsil olunur. Qədim Tibet təbabəti əsasında yeni yüksək texnalogiyalardan istifadə etməklə sağlamlaşdırıcı xarakterli təbii məhsulların işlənib hazırlanması ilə məşğul olur. Məhsulların istehsalı prosesində Şanxay BİO Mühəndislik İnstitutunda hazırlanmış, Almaniya və ABŞ-dan alınmış yeni avadanlıqlardan və yüksək NANO texnalogiyalardan istifadə olunur. Korporasiya istehsal etdiyi məhsulların üzərində çox ciddi nəzarət sistemi qurmuşdur. Bunun nəticəsi olaraq şirkət bir çox medal və sertifikatlarla təltif olunmuşdur.
  • İSO 9001/02 saylı ən yüksək keyfiyyət sertifikatı
  • Ümumdünya Səhiyyə Təşkilatının 16 kubok, 49 qızıl medal və 143 sertifikat
  • Yeni və farmaseftik məhsulların keyfiyyətinə nəzarət üzrə Amerikanın Federal Assossiasiyasının FDA keyfiyyət nişanı
  • GMP keyfiyyət nişanı. Bu nişanı əldə etmək üçün istehsal 4 kriteriyaya cavab verməlidir:
  1. Bina və avadanlıqlar elm və texnikanın son nailiyyətlərinə cavab verməlidir.
  2. Texnalogiya ən yüksək və elm tutumlu olmalıdır.
  3. İşçi keyfiyyəti yüksək ixtisaslı və xüsusi hazırlıqlı olmalıdır.
  4. Xammal yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz və təbii olmalıdır.
  • 2001-ci ildə Ekologiyanın beynəlxalq mühafizəsi üzrə ən yaxşı müəssisə mükafatı
  • Rusiyanın Millətin sağlamlığının möhkəmləndirilməsi praktik tövhələrə görə qızıl medal
  • Rusiyanın Kosmonavtlar üçün ən yaxşı sağlamlaşdırıcı məhsul diplomu
  • 2002-ci ildə şirkət BMT-nin rəsmi tədarükçüsü kimi qeydə alınıb
  • 2004-cü ildə HALAL sertifikatı
  • Beynəlxalq Kredit Bankı şirkətin kapital qoyuluşuna görə AAA kateqoriyasına aid etmişdir. Müqayisə üçün bildirək ki, ən etibarlı bank sayılan İsveç bankı AAA kateqoriyasına aid edilir.